Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı

3 Dekabr 2016 11:46 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Abbasqulu Ağayevin həyətindəki su quyusunda gizlətdiyi, sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.