Məşhur müğənni təyyarə qəzasında öldü

10 Dekabr 2012 09:00 (UTC+04:00)
Meksikalı məşhur müğənni Jenni Rivyernın içində olduğu təyyarə qəzaya uğrayıb. AzNews.az-ın məlumatına görə, qəza nəticəsində Rivyera da daxil olmaqla təyyarədə olanların hamısı ölüb.

Nuevo Leon əyalətinin hökumət rəsmisi Xorxe Domene Rivyeranın Monterrey şəhərindəki konsertindən sonra Tolukaya getmək üçün mindiyi təyyarədən heç bir məlumat almadıqlarını bildirib.

Xilasedicilər helikopterlərlə təyyarənin axtarışına başlayıblar. İlkin məlumatlara görə, ABŞ-a məxsus "Learjet" tipli təyyarədə 7 nəfərin olduğu bildirilir. Meksika hökumətinin verdiyi son açıqlamaya görə, təyyarədə olanların hamısı həlak olub.

Tərlan
AzNews.az