Avtomobillərdən qızıl və gümüş üzük oğurlayanlar tutuldu

3 Dekabr 2016 17:05 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı şəhər sakinləri olan 3 nəfərə məxsus avtomobillərdən pul, maqnitofon, akkumlyator, qızıl və gümüş üzük oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Nurulla Muxtarov və Ruslan Şükürlü tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 1 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilib.