49 yaşlı qadın dəm qazından boğularaq öldü

4 Dekabr 2016 12:54 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Haçıyeva hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.