Özbəklər Bakıda səs verir

4 Dekabr 2016 15:40 (UTC+04:00)

Özbəkistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qeydə alınmış seçicilərin təxminən 60 faizi artıq səs verib.

Cəmi səfirlikdə konsul uçotunda 300 nəfər səsvermə hüququ olan vətəndaş var.

Məntəqədə səsvermə saat 06:00-da başlayıb və saat 20:00-a kimi davam edəcək.

AzNews.az