Baş nazir istefa verir

4 Dekabr 2016 16:53 (UTC+04:00)

APA-nın "Journal du Dimanche" (JDD) qəzetinə istinadən məlumatına görə, M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzinə ilkin seçkilərdə iştirak edəcək.

Qəzet M. Valsın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M. Valsı kimin əvəzləyəcəyi isə hələlik məlum deyil.

AzNews.az