Şahlar Əsgərovun yeni kitabı nəşr olunub

10 Dekabr 2012 12:17 (UTC+04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şahlar Əsgərovun müəllifi olduğu "Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı" adlı kitabı nəşr olunub.

Bu barədə AzNews.az-a müəllif Ş.Əsgərov özü məlumat verib.
Onun sözlərinə görə, kitab dünyada gedən proseslərdə nizam-intizamın bərpa olunmasının vacibliyindən bəhs edir: "120 səhifəlik və 300 tirajla çap olunan kitabın ingilis dilinə tərcümə olunması nəzərdə tutulub. Yaxın vaxtlarda kitabın təqdimat mərasiminin keçirilməsi gözlənilir".

Vasif Həsənli
AzNews.az