Nemət Pənahlı cərimə təcridxanasına salındı

10 Dekabr 2012 13:56 (UTC+04:00)


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov dekabrın 10-da 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən siyasətçi Nemət Pənahlı ilə bağlı açıqlama verib. O, "Media forum" saytına deyib ki, Nemət Pənahlı daxili intizam qaydalarını pozduğuna görə beş sutka cəza alaraq cərimə təcridxanasına salınıb.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib ki, cərimə təcridxanası xəbərini ondan gizlədiblər: "Bu gün cəzaçəkmə müəssisəsinə gedib məsələni aydınlaşdırmağa çalışacağam".

AzNews.az