Mətbuat Şurası: “Polis öz işini görür”

10 Dekabr 2012 14:19 (UTC+04:00)
Fəvvarələr meydanındakı aksiyanı müşahidə edən Mətbuat Şurasının sədr müavini Rəhim Hüseynzadə jurnalistlərə açıqlamasında deyib ki, mitinqdə polis jurnalistə qarşı hər hansı güc tətbiq etməyib: "Sadəcə olaraq bir sıra məqamlar olub ki, onun da əsəs səbəbi jurnalistlərin düzgün yer seçməməməsidir. Sabitliyi bərpa etmək polisin bir başa işidir".

İlkin
AzNews.az