ABŞ ordusu gizlicə İraqa girdi

10 Dekabr 2012 14:24 (UTC+04:00)
İranın iddiasına görə, bu yaxınlarda 3 min ABŞ əsgəri Suriya və Şimali İraqdakı son hadisələrlə bağlı Küveyt vasitəsilə gizli şəkildə İraq ərazisinə daxil olub.

Mərhələli olaraq İraqa daxil olan Amerika hərbçilərinin əksəriyyəti Səlahəddin şəhərindəki Balad hərbi qarnizonu ilə əl Əsəd hərbi hava bazasına yerləşdiriliblər.

İran dövlət televiziyası daha 17 min ABŞ əsgərinin həmin ərazidən ölkəyə girəcəyini iddia edib.

Tərlan
AzNews.az