Fransanın XİN başçısı Azərbaycana gəlir

10 Dekabr 2012 15:47 (UTC+04:00)
Fransanın xarici işlər naziri Loran Fabius Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.

O qeyd edib ki, səfər gələn ilin ilk yarısında gerçəkləşəcək. Hələlik səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir: "Önümüzdəki il Fransa-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və qarşılıqlı rəsmi səfərlər baxımından məhsuldar il olacaq. 2013-cü ildə həmçinin Azərbaycan-Fransa hökumətlərarası komissiyasının da iclası keçiriləcək".

AzNews.az