Müxalifət Əsədin ən böyük hərbi bazasını ələ keçirdi

10 Dekabr 2012 16:11 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsəd ən böyük bazalarından birini də itirdi. Suriyalı müxaliflər ölkənin şimalında yerləşən ən böyük hərbi bazalardan birini ələ keçirib. 111 saylı baza kimi tanınan hərbi qarnizon həftələrdir davam edən döyüşlərdən sonra müxaliflərin əlinə keçib.

Bununla da Bəşər Əsədin Hələb bölgəsində demək olar ki, hərbi qüvvəsi qalmayıb.

Tərlan
AzNnews.az