Sabah 32 rayonda analoq TV yayımı dayandırılacaq

9 Dekabr 2016 09:33 (UTC+04:00)

APA-nın xəbərinə görə, dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-də isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılıb.

AzNews.az