Ayıların qəfəsində ana oldu

10 Dekabr 2012 18:54 (UTC+04:00)
ABŞ zooparklarından birində qəribə hadisə baş verib. Sirakuzı şəhərindəki zooparkda gəzişən 21 yaşlı hamilə xanımın ayıların qəfəsinin yanındaca sancıları başlayıb. Doğus o qədər ani başlayıb ki, zooparkın işçiləri qadını qəfəsin yanından kənara belə çəkə bilməyiblər.

Zoopark işçiləri qəfəsin qarşısını brezentlə örtərək qadına yardım ediblər. Uğurlu doğuşdan sonra balaca qızı anası ilə birgə xəstəxanaya çatdırıblar.
Heyvanxananın müdiri Ted Foks jurnalistlərə bildirib ki, zooparkın işçiləri onların köməkliyi ilə dünyaya gələn qızcığaza gözəl bir hədiyyə etməyi düşünürlər.

İnci
AzNews.az