Lalə Məmmədovanı dəstəkləyən kişi xanəndəmiz

10 Dekabr 2012 20:47 (UTC+04:00)


Əməkdar artist Teyyub Aslanov həmkarı Lalə Məmmədovanı dəstəkləyib. O, AzNews.az-a açıqlamasında bildirib ki, əgər müğənnilər muğamı yaxşı ifa edə biləcəklərsə, oxumaqlarında qəbahət heç nə görmür. Və yaxud əksinə...

"Ümumiyətlə, xanəndə müxtəlif janrları ifa etməlidir. Əgər xanəndə səsini bəstəkar mahnısına yönəldə bilirsə, mahnı oxumalıdır. Niyə də oxumasın? Mən özüm də muğam, bəstəkar mahnıları, yeri gələndə estrada səpkili mahnılar ifa edirəm.

Müğənnilərdən Lalə Məmmədovaya qulaq asmışam. Onun ifasında muğam çox gözəl alınıb. Xoşuma da gəlir. Həmçinin Lalə xanım sonuncu leylilərimizdəndir", - xanəndə deyib.

T.Aslanov onu da qeyd edib ki, hazırda xalq mahnıları və bəstəkar mahnıları üzərində çalışır. O, xalq artisti Möhlət Müslümovun bədii rəhbəri olduğu Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə "Humayun" muğamını dəstgah şəklində ifa etdiyini deyib.

Fuad Mədətov
AzNews.az