Yaxın illərdə gözlənilən “apokalipsis”lərin CƏDVƏLİ

11 Dekabr 2012 08:21 (UTC+04:00)
Əgər dekabrın 21-də dünyanın sonu ilə bağlı proqnozlar doğrulmasa, bu "apokalipsis"in olmayacağına dəlalət etmir. Çünki 2020-ci ilədək Yer kürəsində ən azı 8 "son" gözlənilir.
Onlardan biri 2013-cü ildə gözlənilən Raqnarokdur. Deyilənlərə görə, həmin vaxt 4-cü ölçüyə keçid baş verəcək, yəni insanlar üçün bu ölüm deməkdir.
2014-cü ildə bizim Günəş sisteminə kosmik toz buludu yaxınlaşacaq və o, yoluna çıxan hər şeyi məhv edəcək.
2015-ci ildə
9576 illik sikl sona yetəcək. Bu da sivilizasiyanın məhvinə gətirəcək.
Tədqiqatçı Ceyms Hansenin fikrincə, 2016-cı ildə buzlar əriyəcək və dünyanın çox hissəsini su basacaq.
2017-ci il fəlakətlər ili olacaq.
2018-ci il Nostradamusun proqnozlaşdırdığı nüvə müharibəsi ili olacaq.
2019-cu ildə Yer 2002 NT7 asteroidi ilə toqquşacaq.
2020-ci il
isə Nyutonun proqnozuna görə, dünyanın sonu olacaq.

İnci
AzNews.az