İran pilotsuz təyyarə xəbərini təkzib etdi

11 Dekabr 2012 09:06 (UTC+04:00)
"Güman etmirəm ki, Azərbaycan pilotsuz təyyarələrini İranla ortaq sərhədlərə göndərməyə cürət etsin". Belə bir bəyanatla İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur çıxış edib.

"AranNews"un məlumatına əsasən, M.Həqiqətpur Azərbaycanın pilotsuz təyyarələrinin İran sərhədində guya casusluq etməsi barədə məlumatların həqiqətə uyğun olmadığını deyib: "Azərbaycan Respublikasının pilotsuz təyyarələr vasitəsilə İran sərhədlərindən casusluq etməsinə aid sənəd və faktlara söykənən bir xəbər əldə yoxdur".

Məlumat üçün bildirək ki, İranın "Press" TV kanalı bir neçə gün öncə Azərbaycanın İsrail mütəxəssislərinin əməkdaşlığı ilə montaj olunmuş pilotsuz təyyarələrini İranla sərhəd məntəqələrdə və Qarabağ üzərində kəşfiyyat uçuşları həyata keçirdiyini iddia etmişdi.

Alpər
Aznews.az