Ata özünü restoranda asdı

11 Dekabr 2012 10:53 (UTC+04:00)
Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 11-də Bibiheybət qəsəbəsində yerləşən "Xəzər" restoranında qeydə alınıb.

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Pənah Aslan oğlu Fərzəliyev restoranın çardağında özünü asaraq intihar edib.

Mərhumun meyiti restoranın işçiləri tərəfindən aşkarlanıb. Polisdən həmçinin bildirilib ki, 2 il əvvəl P. Fərzəliyevin oğlu da intihar edibmiş. Bundan sarsıntı keçirən ata bir neçə dəfə intihara cəhd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az