Daha bir kafe əxlaqsızlıq yuvasına çevrilib – ŞİKAYƏT

11 Dekabr 2012 11:51 (UTC+04:00)


Keçmiş polis əməkdaşı, Qarabağ müharibəsi veteranı Eldar Məmmədov redaksiyamıza müraciət edərək Sumqayıt yolunda yerləşən "Nizami" kafesi ilə bağlı iddialarla çıxış edib. Qarabağ veteranı adıçəkilən məkanda müştərilərə xidmət səviyyəsinin aşağı olduğunu, qiymətlərin həddindan artıq şişirdildiyini və hətta əxlaqsız təkliflər səsləndirildiyini bildirib.

Onun sözlərinə görə, kafedə müştərilərə çarpayılı otaqlar təklif edilir və hətta azyaşlı qızlar çağırılır. Yanında qadın olan müştərilərə də hər saatı 20 manat olmaqla otaqların təklif edildiyini iddia edən keçmiş polis əməkdaşı qiymətlərin şişirdildiyindən şikayətlənib.

Bildirib ki, kafedə iki nəfərin yeməyi üçün 120 manat tələb edilib. Lakin hətta bu məbləğ də müştərilən etirazından sonra azaldılan məbləğ olub. Kafenin yüksək rütbəli şəxslərə məxsus olduğunu bildirən müraciət müəllifi hətta adıçəkilən məkanda müştərilərə camış, at, eşşək ətindən hazırlanan yeməklərin də verildiyini istisna etməyib.

Elnur Əzimov
AzNews.az