Ağaxan Abdullayevlə vida mərasimi niyə Suraxanıda keçirilir? - Rəsmi açıqlama

26 Dekabr 2016 12:12 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Ağaxan Abdullayev vəsiyyətinə əsasən Türkan kənd qəbiristanlığında dəfn olunacaq:

“Həmin kəndə ən yaxın məsafə isə Suraxanı Mədəniyyət Sarayıdır. Bu səbəbdən də qərar alındı ki, xalq artisti ilə vida mərasimi həmin sarayda keçirilsin.”

Xalq artisti, muğam ifaçısı Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də dünyasını dəyişib. Hazırda Suraxanı Mədəniyyət Sarayında mərhumla vida mərasimi keçirilir. O, Türkan kənd qəbiristanlığında dəfn olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az