Britaniyada dövlətə qulluq edən pişiklərə Yeni il bayramında istirahət vermədilər - Foto

27 Dekabr 2016 22:19 (UTC+04:00)

AzNews.az Telegraph-a istinadən xəbər verir ki, Douninq-street küçəsinin əsas siçan tutanları Palmerston və Larri bayramda da işləyəcəklər.

Nəşr qeyd edir ki, ştat əməkdaşlarının təkliflərinə baxmayaraq, bayramda hökumət üzvləri pişikləri öz evlərinə aparmayacaqlar.

Pişik Larri 2011-ci ildən öz vəzifəsini yerinə yetirir və heç vaxt məzuniyyətə çıxmayıb.

Bundan əvvəl Britaniya Nazirlər Kabinetinə yeni pişikləri qəbul ediblər - Ossi və Evini.