Amerikalı aktrisa dünyasını dəyişdi - Qızının ölümündən bir gün sonra

29 Dekabr 2016 10:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Debbi Reynolds qızı, “Ulduz Müharibələri” filminin şəhzadəsi Kerri Fişerin ölümündən bir gün sonra vəfat edib. Reynoldsun oğlunun sözlərinə görə, anası qızının ölümünə tab gətirməyib.

Debbi Reynolds 20 yaşında “Yağış altında oxuyanlar” filmində canladırdığı obrazdan sonra dünya şöhrətini qazanıb.