“Möcüzələrə inanmadan yaşamaq çətindir” - Fotolar

30 Dekabr 2016 14:28 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, “Nargis” jurnalı üçün kamera qarşısına keçən Mahmudova maraqlı fikirlər səsləndirib.

O, yadında qalan ən yaxşı Yeni il bayramından söhbət açıb:

“Mənim üçün 2016-cı il yaxşı keçib. Elə bu şəkildə də xatırlayacam. Yadımda qalan ən yaxşı Yeni il bayramı babamın bağ evində olmuşdu. Mənim 19 yaşım vardı, bütün ailə bir yerdə idi. Çox əyləncəli bir gün idi”.

Ü. Mahmudova “Möcüzələrə inanırsız?” – sualına belə cavab verib:

“Əlbəttə, möcüzələrə inanmadan yaşamaq çətindir”.

Jurnalın baş redaktoru özünə ən yaxın hiss etdiyi sitat barədə danışıb:

““Afrikada çox vaxt keçirdim, gördüm ki, orada insanlar hansı problemlərlə qarşılaşırlar. Bundan sonra evə qayıdanda mən başa düşdüm ki, ətrafımdakı insanları narahat edən problemlər barədə heç bir şey eşitmək istəmirəm”. Bu sitat Leonardo Di Kaprionundur. Onun düşüncəsi və həyata baxışı mənə təsir edir. Bu səbəbdən bu gün həmin sitatı seçirəm”.

AzNews.az