Lotereyanın rəqəmlərini yuxuda gördü - 5 milyon dollar uddu

5 Yanvar 2017 23:05 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadalı Olqa Beno lotereya biletinə 27 il əvvəl yuxuda gördüyü rəqəmləri yazıb. Elə, bu illər ərzində də həmin rəqəmlərdən istifadə edib.

Növbəti uduşu televiziyada baxarkən görüb, amma inanmayıb. Növbəti gün rəqəmləri qəzetdə görəndə isə millioner olduğuna sevinib:

“Mən ümid edirdim ki, nə vaxtsa kreditsiz, borcsuz həyat yaşayacam. Bu nağıla bənzər yuxudur. Mən hələ də elə bilirəm ki, bu yuxudur. Həmişə öz arzunuzun dalınca qaçın. O, nə vaxtsa reallaşacaq.” - şanslı qadın Olqa belə deyib.