Nadir Qafarzadə toy sahibi ilə əlbəyaxa olub: “Halallıq vermirəm”

9 Yanvar 2017 14:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni Nadir Qafarzadə rayon toylarının birinə dəvət alıb. O, bu dəvəti ilk öncə rədd etsə də, toy sahibinin yalvarışlarından, dil-ağız etməsindən keçə bilməyib:

“Həmin qadın isə dünyasını dəyişmiş həyat yoldaşının və öğlunun arzusunu yerinə yetirmək üçün bizdən çox xahiş etdi. Çoxlu xahişlərdən sonra şərtimizi kəsdik. Dedik ki, saat 13:00-dan 19:00-a qədər oxuyacıyıq, razılaşdıq və simvolik olaraq aramızda behləşdik. Hətta ona qiymətdə də güzəştə getdik. Saat 06:00-da 15 nəfər heyətlə rayona yola düşdük.”

Nadir Qafarzadə saat 20:30-da məclis sahibinə yaxınlaşıb, toyun bitirməsini xahiş edib:

“Baxmayaraq ki, 1 saat yarım oxumuşdum, toy sahibi başladı həyasızlıq etməyə, “nə danışırsınız, mənim məclisim hələ indi başlayır, bəylə gəlin sıraya daxil olacaq” deyəndə bildim ki, bizi yaxşıca aldadıblar. Məclis saat 13:00-da başlayıb 22:30-da bitdi. Amma məbləğdə də artım olmadı. Musiqiçilər artıq yorulduğundan nəfəsləri kəsilmişdi, onların üzünə baxa bilmirdim. Utanırdım, çünki onlara 6 saatlıq oxuyacağıma söz vermişdim. Bu etirazımızı biləndə az qaldılar bizi parçalayıb, yesinlər. 15 nəfər heyətlə birlikdə biz o toya halallıq vermədik. İndi siz deyin, günahkar kimdir?”

Müğənni deyir ki, ac qalar, amma nə həmin rayona, nə də onun ətraf rayonlarına toya getməz:

“Haqsızlığın sonu yoxmuş. Hələ bu azmış kimi bir saatda qadınlar oturan məclisə apardılar ki, onlar üçün də oxumalısan. Mən əlbəttə ki, etiraz etmədim, qurban olum Bakı məclislərinə.”

Bahar RÜSTƏMLİ

AzNews.az