“İlin ən yaxşısı” - Ronaldo - Foto

9 Yanvar 2017 23:11 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun rəqibləri Leonel Messi və Antuan Qrizmann idi.

Portuqaliya millisinin və Real-Madrid klubunun hücumçusu Ronaldo bu gün Sürixdə keçirilən “İlin ən yaxşıları” mərasimində mükafatlandırılıb. Ronaldo mərasimə yeni sevgilisi, ispan model Corcino Rodrigez və oğlu ilə birlikdə qatılıb.

Qeyd edək ki, 2016-cı ildə Ronaldo Portuqaliya millisi ilə Avropa çempionu adını, Real-Madrid klubu ilə birlikdə Çempionlar Liqasını, Avropa superkubokunu və Klublararası dünya çempionunu qazanıb.