İstanbulda dəhşətli qəza: məsciddə çadır çökdü - 2 ölü, 23 yaralı

10 Yanvar 2017 17:58 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilir. İlkin ehtimala görə, çadırın üzərinə çox miqdarda qar toplanması onun çökməsinə səbəb olub.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Dağıntılar altında kiminsə qala bilməsi ehtimalının nəzərə alaraq axtarış işləri davam edir.

Aydan