18 yaşlı oğlan qətlə yetirildi - Yenilənib 2

11 Yanvar 2017 12:18 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.

09:27

***

M.Muradovun E.Abdullayevdən siqaret almaq üçün pul istədiyi, rədd cavabı alanda isə onu bıçaqla vurduğu bildirilir.

11:14

***

Cəlilabad şəhər sakini Emin Abdullayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 10-da Cəlilabad şəhərində şəhər sakini Murad Muradov münaqişə zəminində həmyerlisi Emin Abdullayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş E.Abdullayev orada ölüb.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Muradov tutulub.

AzNews.az