İŞİD və Taliban bir-birlərinə cihad elan etdi

11 Yanvar 2017 14:49 (UTC+04:00)

AzNews.az Mashaal radiosuna istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın cənubunda yerləşən Helmand əyalətinin polis idarəsinin rəhbəri Nəbi Can Mullaheyl məlumat verib. Onun sözlərinə görə, polisə qruplaşmaların bir-birinə cihad elan etməsi barədə sənədlər daxil olub.

Ötən ilin avqust ayında terrorçu qruplaşmaların şifahi “barışıq” əldə etmələri və yaxınlaşmaları barədə məlumat yayılmışdı.

Aydan AXUNDOVA