Əməkdar artist Azərbaycanı tərk etmək istəyir - “Tulalardan bezmişəm”

11 Yanvar 2017 18:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rejissor artıq teatrda baş verənlərdən bezdiyini dilə gətirib. Aktyor onun ardınca danışanları tula adlandırıb: “Dözmüşəm. Sənətdə olduğum 26 ildə, çox şeyə dözmüşəm. Amma, artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan, kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi - gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan, bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacam”.

Bahar RÜSTƏMLİ

AzNews.az