Trampın biznesini kim idarə edəcək?

11 Yanvar 2017 21:04 (UTC+04:00)

AzNews.az Rianovosti-yə istinadən xəbər verir ki, ailə biznesini Trampın iki oğlu idarə edəcək- Donald-kiçik və Erik.

“Oğlanlarım şirkətin başına keçəcək və əvvəllər əla biznesmen və şoumen kimi tanınan atalarından heç bir məsləhət almadan şirkəti peşəkarlıqla idarə edəcəklər.” - Tramp belə deyib.

Onun sözlərinə görə, o, heç bir problem olmadan həm ölkəni, həm də şəxsi biznesini idarə edə bilər. Amma bu görüntü onun heç xoşuna gəlməzdi.