De Niro da Trampı tənqid etdi - Foto

11 Yanvar 2017 21:33 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Corc Kluni, Viola Devisdən sonra, Robert De Niro da Meril Stripi dəstəklədiyini ifadə edib.

Aktrisanın çoxdankı dostu, beş filmdə tərəf müqabili olan Robert De Niro ona açıq məktub ünvanlayıb:

“Meril! Sənin nitqin möhtəşəm idi. Bu sözlər mütləq deyilməli idi və sən bu tapşırığın öhdəsindən gəldin. Mən sənə bu nitqinə görə sonsuz dərəcədə hörmət edirəm. Zəifləri alçaldanlara qarşı olan mövqeyinə qoşuluram. Axı nə qədər olar! Sən bütün intellektin, gözəlliyinlə həqiqətən də güclü səsə maliksən - o səs ki, bir çoxlarına susmamaq üçün ilham verir. Ən vacibi isə biz hamımız fikrimizi bildirdik.

Biz səni sevirik. Bob. ”

Bundan əvvəl De Niro Trampa şillə vurmaq istədiyini bildirmişdi.