İlham Əliyev- Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır

11 Yanvar 2017 21:58 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, prezident İlham Əliyev çərşənbə günü Naxçıvan Muxtar Respublikasına səfəri zamanı belə bildirib.

"Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb", - deyə dövlət başçısı əlavə edib.

O, Naxçıvanın hərbi potensialının və müdafiə qabiliyyətinin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.