Bakıda ev yandı - xəsarət alan var

11 Yanvar 2017 23:31 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.