Ağdamda mal-qara oğurluğu ilə məşğul olan dəstə ələ keçdi

12 Yanvar 2017 22:56 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, oğurluqla əldə etdikləri pulları öz aralarında bölərək telefon və paltar alıblar. Ağdam Rayon Polis Şöbəsinin müstəntiqi Bəhrəm Təhməzov sözlərinə görə, polisinin kecirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də dəfələrlə məhkum olunmuş Fəxri Mustafayev və Aydın Zamanov istintaqa cəlb edilib.

Məlum olub ki, F.Mustafayev və A.Zamanov iribuynuzlu mal-qara oğurlayaraq Ağcabədi rayonu ərazisində satıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində əməllərini etiraf ediblər. Onlar ilkin ifadələrində bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub.

Ağdam polisi dəstənin başqa oğurluq hadisələrində əlinin ola biləcəyini də istisna etmir. Bununla bağlı rayon polsində araşdırmalar davam edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.