Rihannanın 5 min dollarlıq zövqsüz geyimi+Fotolar

13 Yanvar 2017 17:23 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, konsertlərində geyindiyi libaslarla fərqlənən Rihanna gündəlik geyiminə də xüsusi yanaşdığını nümayiş etdirib.

28 yaşlı müğənni New-Yorkdakı evindən rol aldığı “Oceans’s Eight” filminin çəkilişinə gedərkən geyindiyi bahalı paltarlarıyla görüntülənib. Rihannanın gündəlik obrazı ona 5 min dollara (təxminən 9000 AZN) başa gəlib.

Lakin dəb ikonası hesab edilən Rihannanın geyimindəki uyğunsuzluq stilistlərin tənqidinə tuş gəlib.