4 yaşlı qız min kitab oxuyub

13 Yanvar 2017 20:26 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Marinin cəmi 4 yaşının olmasına baxmayaraq, yaşına görə rekord sayda kitab oxuyub.

Kitablara sevgini onda bacısı və qardaşı yaradıb. Hələ körpə olanda onlar Mari üçün uca səslə kitab oxuyurdular. Oxumağı öyrənən kimi isə Mari kitabları dinləmək yox, oxumaq qərarına gəlib.

Hələ, gələn il məktəbə getməyi planlaşdıran Mari daha 500 kitab oxumağı qarşısına məqsəd qoyub.

Bu fakt konqres kitabxanasının direktoru Karl Heydenin diqqətini cəlb edib. O, Marini kitabxanada kitab oxumağa dəvət edib.