Mourinyonun mətbuat-konfransında telefon zarafatı - Video

13 Yanvar 2017 23:32 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Liverpulla oyundan əvvəl mətbuat kofransı keçirən Mou gözlənilməz telefon zənginə cavab verməli olub. Müxbirlərdən birinin diktafon məqsədi ilə Mourinyonun masasına qoyduğu telefon zəng çalıb.

Mourinyo isə özünü itirməyib, telefona cavab verib. Jurnalistə talkSport-dan Emmi adlı həmkarı zəng edib. Daha sonra 53 yaşlı məşqçi telefonu sahibinə qaytarıb.