Aktyor Rəhim Rəhimova böyrək köçürüldü

16 Yanvar 2017 11:38 (UTC+04:00)

Ağır əməliyyatdan sonra AzNews.az-a danışan aktyor Rəhim Rəhimov hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Əməliyyat olundum, mənə böyrək köçürüldü. Hələ ki, xəstəxanadayam. Mətbuat nümayəndələrinə də təşəkkür edirəm.”

Aktyor uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkir. O, yanvarın 11-də Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az