Qırğızıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

16 Yanvar 2017 14:32 (UTC+04:00)

Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovun "Report"a verdiyi məlumata görə, xatirə kitabı səfirlikdə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 14:00-dək açıq olacaq.

Bundan başqa, ölkədə elan edilmiş matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı endirilib.

Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbinə görə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər həlak olub.

AzNews.az