36 yaşlı qadın özünü asdı

16 Yanvar 2017 16:05 (UTC+04:00)

Bu barədə “Report”a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Mirzəbəyli kənd sakini 1981-ci il təvəllüdlü Gülər Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokuroroluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

AzNews.az