Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - Foto

16 Yanvar 2017 19:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.