Deputatların tətili başa çatdı

17 Yanvar 2017 10:37 (UTC+04:00)

"Report"un xəbərinə görə, yanvarın 18-də parlamentin Səhiyyə komitəsi və Mədəniyyət komitəsinin ayrı-ayrılıqda iclasları keçiriləcək.

Qeyd edək ki, keçən il dekabrın 30-da MM-in deputatları qış tətilinə çıxıb. Tətil yanvarın 15-də başa çatıb.

Yaz sessiyasının ilk plenar iclası fevralın 1-də olacaq. Sessiya mayın 31-dək davam edəcək.

AzNews.az