Bakıda qaz sızmasından partlayış - 1 yaralı

17 Yanvar 2017 11:26 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.