Novruz Məmmədovdan Nazirliklərə irad

17 Yanvar 2017 14:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Novruz Məmmədov bu barədə özünün facebook səhifəsində yazıb. O, nazirliklərin bu bəyanatı Prezident İlham Əliyevin tapşırığı əsasında yaydığını bəyan edib:

“Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın "KVN" komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda, ədalətli olardı.”

Qondarma Dağlıq Qarabağ Respublikasının KVN komandaları yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edilib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı ilə çıxış edib.

Bahar RÜSTƏMLİ

AzNews.az