Dünya İqtisadi Forumunun rəsmi açılışını bu prezident etdi

17 Yanvar 2017 15:38 (UTC+04:00)

"Report" xəbər verir ki, bu iqtisadi forumda Çin lideri ilk dəfə nitq söyləyib.

Davos Dünya İqtisadi Forumu bu il yanvarın 17-dən 20-dək təşkil ediləcək. Bu il forum "məsuliyyət və məsuliyyətli rəhbərlik" şüarı altında keçiriləcək.

Dünyanın aparıcı biznes rəhbərləri və siyası liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi problemləri, qlobal və regional problemləri müzakirə edəcək. Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunmuş müzakirələr daxildir.

İllik foruma bu il 3000-dən çox nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün Davosa gedib.

Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.

AzNews.az