Rasim Musayevin oğlu ilə bağlı açıqlama - “O hələ uşaqdır”

1 Fevral 2017 10:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün R.Musayevin qardaşı Oqtay Musayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib. O.Musayev deyib ki, hətta generalın oğlunun adı da səhv yazılıb: “Generalın bir oğlu var, onun adı Tərlan yox, İslamdır. Binəqədi rayon polis idarəsində də işləmir. İslam Musayev Polis Akademiyasının 4-cü kurs tələbəsidir. O hələ uşaqdır, 20 yaşı var, 10-cu sinifdən akademiyaya qəbul olub. Evlənmək söhbəti ümumiyyətlə yalandır, İslamın hələ belə bir fikri yoxdur”.