Xəzərdə meyiti tapılan şəxs itkin düşən neftçi imiş - Yenilənib

1 Fevral 2017 16:23 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.

Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.

Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

***

12:20

Xəzər dənizinin Neftçala sahilində naməlum kişi meyiti tapılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, meyit Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.