Yollardakı vəziyyət - Video

1 Fevral 2017 14:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib. Qeyd edək ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunmayıb. Hazırda yollarda vəziyyət normaldır.

Ancaq yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlərin olması qaçılmazdır. Bu hallar digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla, yollarda tıxacların yaranmasına gətirib çıxarırlar. Bu üzdən hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür.