Odessada Ukraynaya məxsus təyyarə vuruldu

1 Fevral 2017 20:22 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, təyyarə Odessada Ukraynanın iqtisadi dəniz zonasında atəşə tutulub.

Odessada qaz yatağı sahəsində qeydə alınan insident təyyarə təlim uçuşunu həyata keçirərkən baş verib. Bu haqda müdafiə naziri Stepan Poltorak prezidentə məlumat çatdırıb. Atəş nəticəsində təyyarə zədələnib. Atəş zamanı atıcı silahdan istifadə olunub. Ekipaj üzvləri isə sağ-salamatdır.

An-26 təyyarəsi uçuş tapşırğını yerinə yetirməyə davam edib.